Cəlilabad rayon Mərkəzi kitabxanası

Cəlilabad rayon MKS
Tədbirlər
15 Yanvar , 2020
Cəlilabad MKS-nin Uşaq şöbəsi Uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün 15 yanvar Vikipediya gününün yaranması ilə əlaqədar tədbir keçirtdi.Şöbənin Baş kitabxanaçısı Vikipediya haqqında məlumat verdikdən sonra uşaqlar sərbəst şəkildə istədikləri şair və yazıçılar haqqında məlumatlar topladılar.
Vikipediya – İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər
tərəfindən yaradılan ensiklopediyadır. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (Wikipedia) – azad onlayn ensiklopediyasıdır.Layihənin tarixi 1999-cu ildən başlayır. Layihənin baş redaktoru, təşkilatçısı Larri Senqer və Bomiskompaniyasının icraçı direktoru, layihəni maliyyələşdirən Cimmi Uels Viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gələrək onu Nupediya (NuPedia.com) adlandırdılar. Nupediya
virtual ensiklopediyası, 2000-ci ilin mart ayından fəaliyyətə başladı. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı. Nupediya
ensiklopediyası bağlanarkən orada 24 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq
ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində İnternetdə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə
zənginləşməsinə səbəb olmuşdur. Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki" (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində
"tez" deməkdir) və "encyclopedia" (ensiklopediya) sözlərindən yaranıb.