Cəlilabad rayon Mərkəzi kitabxanası

Cəlilabad rayon MKS
Xəbərlər
10 Noyabr , 2016

Cəlilabadlı oxucuların tanınmış yazıçı Varis Yolçuyevlə görüşü keçirilmişdir. 11 noyabr 2016-cı il tarixdə Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində müasir Azərbaycan ədəbiyyatının nümayəndəsi, yazıçı, jurnalist, "Dan ulduzu" ali jurnalistika mükafatına və "İlin ən yaxşı redaktoru" adına layiq görülmüş Varis Yolçuyevlə görüş keçirilmişdir. Görüşdə rayonumuzun ziyalıları,yazıçılar və yazıçının aktiv oxucu kontingenti iştirak etmişdir. Qeyd edək ki, V.Yolçuyev "Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar", "Sonuncu ölən ümidlərdir" kitablarının müəllifidir.