Cəlilabad rayon Mərkəzi kitabxanası

Cəlilabad rayon MKS
Rayon haqqında
2 Avqust , 2016

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yerləşən tarixi yaşayış məskənlərindən biri olan Polutəpədə növbəti dəfə arxeoloji qazıntılar aparılacaq.

Kanal15.Tv xəbər verir ki, bu barədə Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəşad Salmanov məlumat verib.

R. Salmanov bildirib ki, artıq tarixi ərazidə arxeoloji qazıntılar aparılması məqsədiylə Arxeologiya İnstitunun arxeoloqları Cəlilabada ezam olunub: “Son zamanlar diqqət mərkəzində olan Cəlilabadın tarixi abidələri haqqında tez-tez çəkilişlərin aparılması arxeoloji tədqiqata marağı bir qədər də artırıb. Yarımçıq qalmış Polutəpə qədim yaşayış məskənində Arxeologiya İnstitutu tərəfindən təşkil olunmuş ekspedisiya qrupu (rəhbəri arxeoloq-alim,professor Tufan Axundov)artıq iş başındadır”.

R.Salmanovun sözlərinə görə, bu gün yarımçıq qalmış qədim yaşayış yerində arxeoloq-alim,professor Turan Axundov şəxsən iştirak edib. T. Axundov və rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəşad Salmanov abidənin gələcək taleyi və onun perspektiv planları barədə fikir mübadiləsi aparıb. Qeyd edək ki, tarixi yaşayış məskənlərindən biri olan Polutəpədə bundan əvvəl də arxeoloji qazıntılar aparılıb. Xatırladaq ki, ötən həftə eneolit dövrünün tarixi abidəsi olan Polutəpənin qorunub-tanınması üçün ərazidə rəsmi şəkildə bayraq sancılma mərasimi keçirilib. Mərasim zamanı Azərbaycan Respublikasının üç rəngli bayrağı Polutəpə tarixi yaşayış məskənində sancılaraq dalğalandırılıb.