Cəlilabad rayon Mərkəzi kitabxanası

Cəlilabad rayon MKS
Rayon haqqında
24 Sentyabr , 2016

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eramızdan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala divarları ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdəHasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir. Hasıllı bazarı, şirvanlı Məşədi Məmmədin yeni bazar tikdirməsi

Hasıllı özü Mişarçayın Quzey-Günbatan tayında yerləşirdi. Mişarçayın Güney-Gündoğan tayında binə cuhudları deyilən ruslar yaşayırdı, Hasıllı ilə binə cuhudların kəndinin arası yüz əlli arşın ancaq olardı. Hasıllı bazarına Azərbaycanın çox yerlərindən alverçilər, böyük tacirlər gələr, öz mallarını bura gələn alıcılara satardılar. Bura alverə gələn şirvanlı Məşədi Məmməd sonradan Hasıllı bazarında dükan tikib böyük ticarətə başlamışdı. Məşədi Məmməd Hasıllıda yerini bərkidəndən sonra, buraya onun yerliləri olan şirvanlılar da axın etdilər, köçüb gəlməyə başladılar, Məşədi Məmməd də hamıya olduğu kimi, öz yerlilərinə də əlindən gələn yardımı əsirgəməz, onlara burada yer-yurd salmağa kömək eləyərdi. Məşədi Məmmədin alverinin yaxşı getməsinin bir niyəsi onun ucuzcul olması, geniş çeşidli mallar tapıb gətirməsi idisə, başqa bir niyəsi də onun çox əliaçıq bir insan olması idi. O, kimliyindən asılı olmayaraq, işi düşənlərə yardım eləyər, yoxsullara əl tutar, bacardıqca hamıyla yaxşı davranmağa çalışardı. Birdən kimsə toy üçün geyim-gecim almağa gəlsə, Məşədi Məmməd deyərmiş: “Gəlinimin çadrasını aldığım qiymətdən verəcəyəm”. Toy geyim-gecimi alınıb yığılandan, pulu veriləndən sonra, Məşədi Məmməd gəlin üçün ən azından bir yaxşı kəlayağı bağışlarmış. Məşədi Məmmədin alverinin belə yaxşı getməyini yerli tacirlərin gözü götürmədiyindən, onlar günlərin birində bir qarışıqlıq salıb, yerli adamlarla şirvanlılar arasında toqquşma yaratdılar, sonra da Məşədi Məmmədə dedilər: “Sən gərək öz yerlin şirvanlıları da götürüb bizim bazardan çıxasan”. Məşədi Məmməd qarşıdurma yaratmaq istəməyib, 1916-cı ilin yazında, yaxınlıqdakı Astarxanovka kəndindəki ruslardan əlli giri buğdanın yerini satın alaraq, orada bazar açdı. Hasıllı bazarında başqa yerlərdən gəlmə tacirlər də, yerli tacirlər onlara yaxşı üz göstərmədiklərindən, Məşədi Məmmədin bazarına köçüb getdilər. Məşədi Məmməd ruslardan aldığı torpaqda qabaqca özünə çox gözəl bir ev tikdi, sonra çox planlı bir şəkildə bir bazar, onun çevrəsində yenə də planla evlər tikdirməyə başladı. Bir sözlə, yeni bir şəhər salınmağa başladı. Məşədi Məmməd onun bazarına gələnlər üçün özü dükan tikdirər, köçüb gələnlər üçün də evlər tikdirərdi. Məşədi Məmməd yeni bazar salandan sonra, oradakı dükanlarını uzaq yerlərdən gətirilmə, çətin tapılan mallarla doldurdu. Bu malları həm də çox uyğun-ucuz qiymətə satar, bazarındakı tacirlərə də insafla alver eləməyi gənəşərdi. Məşədi Məmməd öz bazarından bir az aralıda mal-qara satışı üçün Mal bazarı deyilən bir bazar da saldırmışdı. Beləliklə də, bir-birinə yaxın olan iki bazar yarandı, Hasıllı bazarına yuxarı, Məşədi Məmmədin bazarına aşağı bazar deyərdilər. Məşədi Məmməd alver işlərini yaxşı qurduğundan, yavaş-yavaş Hasıllı bazarı sıradan çıxmağa başladı. Sonradan Hasıllılarla binə cuhud deyilən rislar arasında baş verən savaşda ruslar Hasıllı kəndini yandırandan sonra Hasıllı bazarı büsbütün dağıldı.

Məşədi Məmməd haqqında bu gün də Cəlilabadda yaxşı sözlər dolaşmaqdadır. Deyilənə görə, öləcəyi ürəyinə daman Məşədi Məmməd nisyə dəftərini sobaya atıb yandıraraq, yaxın adamlarına demişdi: "Birdən mən öləndən sonra adamları borca görə incidərsiniz, kimin imkanı, vicdanı var gətirib borclarını verər, gətirməyənləri də bağışlayıram".

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

Coğrafi mövqeyi

Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Kür-Araz ovalığının sərhədində yerləşir. Rayonun ərazisi düzənlik və alçaq dağlıqdır, şərq hissəəsində bəzi yerlər dəniz səviyyəsindən aşağıdadır. Yayı quraqlıq keçən mülayim-isti yarımsəhra-və quru çöl iqlimə malikdir. Relyefinə görə Aran-düzənlik (Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay, Həməşəra və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvül-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və s növlüdür. Rayonun mərkəzi olan Cəlilabad şəhəri Bakı-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir.


Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən BolqarçayMişarçayİncəçayGöytəpəçayvə başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvial-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və sair növlüdür.

Təbiəti

Cəlilabadda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və dovlaq yaşayır.

İqlimi

Cəlilabad yayı quraqlıq keçən mülayim-isti iqlimə malikdir. Orta temperatur qışda 1-3 °C, yayda isə 25-30 °C-dir. İllik yağıntı 400-600 mm-dir.

İri yaşayış məntəqələri

Cəlilabad rayonunun ən böyük yaşayış məntəqəsi Göytəpə şəhəridir. Müstəqilliyə qədər Göytəpə şəhəri Prişib adlanmış və müstəqillik əldə edildikdən sonra öz tarixi adı bərpa edilmişdir. Hərbi şəhər olduğu üçün Sovet hakimiyyəti dövründə çoxmillətli sakinləri olub. Hal-hazırda təxmini olaraq 35 min nəfər sakini vardır. Şəhərdə zavodlar, fabriklər, xəstəxanalar, texniki peşə məktəbi, orta məktəblər və bu kimi çoxlu sayda ictimai elmi müəssisələr vardır.

Əhalisi

Milli tərkib
Etnik qruplar1939[2] sa.1959[3] sa.1970[4] sa.1979[5] sa.1999[6] sa.2009[7] sa.
Cəmi57 39557 47984 380107 443169 960192 320
azərbaycanlı46 33049 35976 665100 383169 511192 136
rus10 2277 6396 7226 051351122
talış39............24
ləzgi4110556947
türk............56
tatar......3143206
ukraynalı179...361436536
erməni2531511791921...
yəhudi1787255323...
tat...19169......
udin.........2......
avar22824......
saxur......24......
gürcü6132027......
kürd1...2.........
alman16...............
digər82142641711213

Görkəmli şəxsləri

  • Ağadadaş Ağayev — Azərbaycanın xalq artisti.
  • Reyhan Kənan ----- Şairə,Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Nurəddin Mehdixanlı — Azərbaycanın xalq artisti.
  • Qabil Mehdixanlı — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti.
  • Eldar Həsənov — Azərbaycanın milli qəhrəmanı.
  • Faiq Cəfərov — Azərbaycanın milli qəhrəmanı.
  • Arif Qubadov — Azərbaycanın milli qəhrəmanı.
  • Fərid Əhmədov - İgid Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra).
  • Əhməd Abdullayev - İgid Azərbaycan zabiti, mayor, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra ).
  • Kərəm Həsənov — Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, 1-ci dərəcəli dövlət müşaviri.
  • Sabir Mirzəyev — Əməkdar artist
  • Teymur Mustafayev — Azərbaycanın xalq artisti.
  • Qədir Qızılsəs - Müğənni
  • Kamal Abdullayev - Tibb elmləri doktoru, professor Həkim - uroloq
  • Fərhad Əliyev - Keçmiş iqtisadi inkişaf naziri
  • Mübariz Şahbazov - Dövlət Yol Polisi İdarəsinin rəis müavini general-mayor.
  • Cəmil Həsənli - Tarix elmləri doktoru, professor Tarixçi alim
  • Aydın Həsənov — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı. Azərbaycan eks-hərbi komissarı.
  • Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. "QASİD" mətbuat yayımın rəhbəri.
  • İbadulla Məmmədov - Tarix üzrə fəlsəfə doktoru.
  • Sakit Hüseynov - Fəlsəfə elmləri doktoru, professor.
  • Vaqif Abbasov — Texnika elmləri doktoru, professor.
  • Salam Sarvan - Yazıçı, şair, publisist
  • Aqşin Yenisey - Yazıçı, şair, publisist.
  • Sakit Ocaqlı - AZTV-də ictimai-siyasi şöbənin müdiri olmuşdur. Telejurnalist.
  • Sakit Yarməmmədov- Mühəndis, aqronom.
  • İlqar İsmayılzadə- İlahiyyat elmləri doktoru, araşdırmaçı, yazıçı.
  • Saleh Yarməmmədov-"Tərəqqi" medallı neftçi, alim, leytenant
  • Vasif Əlhuseyn-Gənc yazar,jurnalist,prezident təqaudçüsü
  • Həsən Feyziyev - Texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, istilik energetikası və suyun təmizlənməsi sahəsində tanınmış alim
  • Fikrət Feyziyev - Riyaziyyat elmləri doktoru, professor, informatikanın nəzəri məsələləri və riyazi kibernetika sahəsində tanınmış alim

İqtisadi xarakteristikası

2010-cu ilin sonuna olan yekun məlumata əsasən 1 il ərzində rayonun ÜDM-u 398,3 milyon manat təşkil etmişdir . Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı və yeyinti sənayesi təşkil edir. Cəlilabad Azərbaycanda ən böyük üzümçülük, taxılçılıq və kartofçuluq bölgəsidir. İqtisadiyyatında taxılşılıq və heyvandarlıq da mühüm yer tutur. Mal-qara və donuzkökəltmə birlikləri, quşçuluq kombinatı, inkubator-quşçuluq stansiyaları vardır. Həmçinin üzüm emalı, süd, çörək, asfalt zavodları, yerli sənaye kombinatı, xalça sexi və başqa müəssisələrdə mövcuddur. Bakı-Astara dəmir yolunun və Bakı-Astara avtomobil yolunun rayon ərazisindən keçməsi rayonun iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edir. 

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Cəlilabad rayonunda Azərbaycan Müəllimlər İnstitutunun rayon filialı, Astara Pedaqoji Texnikumunun rayon şöbəsi, peşə liseyi, peşə məktəbi, 18 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 126 ümumtəhsil məktəbi (ondan 75-i tam orta, 39-u ümumi orta, 12-si ibtidai), 1 Təhsil İşçiləri Evi, 94 kitabxana, 19 mədəniyyət evi, 24 klub, 1 uşaq incəsənət, 1 musiqi məktəbi, Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.

Rayonda 147 idman qurğusu, o cümlədən 112 sadə idman qurğusu var. Dövlət Proqramında nəzərdə tutulmuş Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Əhaliyə 5 şəhər, 3 kənd sahə xəstəxanası, 28 həkim, 40 tibb məntəqəsi, Təcili Tibbi Yardım Stansiyası, Müalicə-diaqnostika mərkəzi tibbi xidmət göstərir.

Maddi-mədəni irsi

Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.

İdman

Rayonda 2750 nəfərlik stadion, 110 sadə idman qurğusu, 7 kompleks idman qurğusu, 23 məktəb zalı, 4 atıcılıq tiri, şahmat məktəbi fəaliyyət göstərir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Cəlilabad şəhərində beynəlxalq standartlara cavab verən idman kompleksi inşa edilmişdir.

Yerli media

Cəlilabad rayonunda "Yeni gün" qəzeti nəşr olunur.