Cəlilabad rayon Mərkəzi kitabxanası

Cəlilabad rayon MKS

Ən çox oxunan kitablar
Mirzə İbrahimov
4 Oktyabr , 2016
İbrahimov Mirzə Əjdər oğlu (28 oktyabr 1911 – 17 dekabr 1993) — Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərb. SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərb. SSR əməkdar incəsənət xadimi (1941).[1] Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937—1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə). Azərb. Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərb. SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı.[2]SSRİ xalq deputatı (1989).